27.10.2021
27 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş Mehdiyev Seymur Hüseyn oğlunun anım günündə Aşağı Öysüzlü kəndində ailəsini ziyarət ediblər.
Ailə üzvləri ilə söhbət zamanı şanlı Vətən müharibəsində Şəhidimizin şərəfli döyüş yoluna nəzər salınıb, xatirəsi ehtiramla yad olunub.